ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İran əleyhinə qətnamə qəbul edib

21 Noyabr 2013 20:27 (UTC+04:00)
Movqe.Az-ın "Radiofərda"ya istinadən məlumatına görə, yekdilliklə qəbul edilən sənəddə İranda dini azlıqlara qarşı təzyiqlər kəskin şəkildə pislənilib və İran əsilli amerikalı keşiş Səid Abedininin həbsi İranda insan hüquqlarının pozulmasına bir nümunə kimi göstərilib.

 

Qətnamədə həmçinin İrandan Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı imzalamış bir ölkə kimi öz öhdəliklərinə sadiq qalması və S.Abedinini azadlığa buraxması istənilib. Sənəddə ABŞ hökumətindən də öz vətəndaşının azadlığa buraxılması üçün böyük səy göstərməsi xahiş edilib.