21-ci ildönümünə həsr olunmuş tədbir
keçirilmişdir.
21 noyabr 2013-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş yığıncağa YAP Ağcabədi rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər birliyinin və Nəzarət təftiş qrupunun üzvləri, ərazi ilk təşkilatlarının sədrləri dəvət olunmuşdur.
Yığıncağın işində Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. eni Azərbaycan Partiyasının yaranmasının 21 ci ildönümü ilə əlaqədar məruzə ilə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edib.
Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının Şura üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü şəhər 8 saylı ərazi ilk təşkilatının sədri Anar Qasımov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Mustafayeva, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü İbrahim Həsənov çıxış etdilər.
Daha sonra çıxış üçün söz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədova verildi.
Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası rayon təşkilatının bir qrup fəalının təltif edilməsi üçün Fəxri Fərmanlar verildi. Həmçinin Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş gənclərin bir qrupuna YAP vəsiqələri təqdim edilmişdir.