Rusiyada miqrantı öldürməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb

22 Noyabr 2013 11:01 (UTC+04:00)

Özbəkistan vətəndaşı olan miqrantın qətlində şübhəli bilinən 5 nəfərin 15-17 yaş arası yeniyetmə gənclər olduğu bildirilir

Rusiyanın Sankt-Peterburq şəhərində "Birlik Günü"-nündə öldürülən miqrantın qətlində şübhəli bilinən 7 şəxs polis tətəfindən saxlanılıb. 

Movqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Özbəkistan vətəndaşı olan miqrantın qətli Rusiyada əcnəbilərə qarşı törədilən milli münaqişə zəminində baş verib. Məlumatı Sankt-Peterburq şəhərinin Polis İdarəsi təsdiqləyib. 


Qeyd edək ki, qətldə şübhəli bilinənlərdən birinin 30, digərinin isə 18 yaşı var. Digər 5 nəfərin şübhəlinin isə 15-17 yaş arası yeniyetmələr olduğu bildirilir. 

Xatırladaq ki, 4 noyabr tarixində millətçilər Rusiyada kütləvi mitinqlər təşkil ediblər.