Azərbaycan avanqardının banisinin fərdi sərgisi keçiriləcək

25 May 2012 17:32 (UTC+04:00)

Azərbaycan Milli İncəsənət Muzeyindən Movqe.Az xəbər portalına verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə Azərbaycan avanqardının banisi, Abşeron rəssamlıq məktəbinin ən parlaq novatorlarından olan Cavad Mircavadovun fərdi yaradıcılığına həsr edilmiş sərgi keçiriləcək.


Sərgi mayın 29-dasaat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

Fuad Mədətov

Movqe.Az