Vəkilindən Gülər Əhmədova ilə bağlı təkzib-Özəl
22 Noyabr 2013 10:00 (UTC+04:00)
Sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə vəziyyətinin qəfil
pisləşməsinin onun barəsində veriləcək hökmdən əvvəldən xəbərdar
olması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirilib.
Movqe.az-a bu barədə danışan G. Əhmədovanın
vəkili Əfsər Talıbov bildirib ki, G. Əhmədovanın məhkəmə zalında
vəziyyətinin pisləşməsi onun sağlamlığı ilə bağlıdır: "G.
Əhmədovanın vəziyyətinin qəfil pisləşməsi, təyziqinin qalxmasının
onun barəsində veriləcək hökmlə heç bir əlaqəsi yoxdur. G.
Əhmədovaya hansı cəzanın veriləcəyindən onun əvvəldən xəbərdar
olması mümkün deyil. Hansı cəzanın veriləcəyi ilə bağlı qərar
müşavirə otağında müzakirə olunur. Qərar isə məhkəmə zalında
açıqlanır. G. Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun
barəsində hansı hökmü verəcək? G. Əhmədovanın qəfil vəziyyətinin
pisləşməsi ancaq onun sağlamlığı ilə əlaqədardır".
Vəkil G. Əhmədovanın vəziyyətinin hələ də gərgin olaraq
qaldığını söyləyib: "Dünən mən təcridxanada G. Əhmədova ilə
görüşdüm. Vəziyyəti hələdə gərgin olaraq qalırdı. Bu gün günortadan
sonra G. Əhmədova ilə yenidən görüşəcəm".