Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

22 Noyabr 2013 12:14 (UTC+04:00)

"Bakıda aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısı müəyyənləşib". Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

 

A. Əlizadə bildirib ki, siyahıda AMEA-da çalışmayanların adları da var imiş: "Siyahıdan belə şəxslərin adları çıxarılıb".

 

AMEA prezidenti jurnalistlər kimi, alimlər üçün də mənzillər tikilməsini arzuladıqlarını söyləyib: "Bu, niyyətdir və bununla bağlı ölkə prezidenti qarşısında təşəbbüslə çıxış etmək istəyirik. Jurnalistlər şəhərciyi kimi alimlər şəhərciyi də olsun".