Riqada super-marketin çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb-FOTO

22 Noyabr 2013 12:17 (UTC+04:00)

Latviyanın paytaxtı Riqada "Maxima" ticarət mərkəzinin damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu gün səhərə olan məlumata görə, 40 nəfər yaralanıb.

Faciə noyabrın 21-i axşam saatlarında, alış-verişin gur vaxtında baş verib. Dağıntılar altında qalanların olduğu bildirilir.

Movqe.az-ın məlumatına görə, Riqa meri Nil Uşakov ilkin ehtimallara əsaslanaraq uçquna tikinti normalarının pozulmasının səbəb olduğunu bəyan edib.

Trend İTAR-TASS-a istinadən xəbər verib ki, xəsarət alanlardan  8-i xilasetmə xidmətinin əməkdaşlarıdır.

Xəsarət alanlar arasında başından zədə alan uşaq da var.

Xilasetmə işlərinə ordu qüvvələri cəlb edilib.

Dövlət Qan Donorları Mərkəzi Latviya sakinlərini xəsarət alanlar üçün qan verməyə çağırıb.