Röya Show TV-də: "Böyük yükün altına girmişəm"

22 Noyabr 2013 12:44 (UTC+04:00)
Röya Ayxan Türkiyənin Show TV kanalında məşhur türkiyəli müğənni Gülben Ergenin "Gülbən" verlişində iştirak edib. Maraqlı açıqlamaları ilə çıxış edən Röya Türkiyə şou-biznesinə qatılmaqda tərəddüd etdiyini bildirib: 

" Türkiyə şou-biznesinə qatılaraq çox böyük yükün altına girmişəm. Çünki sizdə sevilən müğənnilər çoxdur. Düzü, onlar arasında belə uğur qazanacağımı gözləmirdim".


Gülbən Ergen Röyanın səsini və şirinliyini çox bəyəndiyini deyib. Bundan əlavə Gülben Ergen Röyanın geyimini, saç düzümünü də bəyənib. Röya isə aparıcıya öz bilərziyini hədiyyə edib. Röya verilişdə "Gəmiçilər" və"Sənə qurban" mahnılarını oxuyub.