Tarkan 1 milyona Bakıya gəlir

22 Noyabr 2013 13:12 (UTC+04:00)
Tarkan sevənlərə müjdə var. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meqastarı  yeni ili Bakıda qeyd edəcək. Müğənniyə bu konsert üçün 1 milyon lirə (400 min AZN) təklif olunub. Beləliklə Tarkan yeni ildə Bakıda 10 min tamaşaçı önündə çıxış edəcək. 

Məlumat üçün bildirək ki, müğənniyə Türkiyədən və Kiprdən də konsert etmək üçün təkliflər gəlib. Ancaq müğənni həmin təklifləri qəbul etməyib. Hətta o, Kiprdə oxumaq üçün təklif  olunan 100 min AZN-dən də imtina edib.