Müəllimlərin maaşları artacaq

22 Noyabr 2013 13:20 (UTC+04:00)

"Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllimin təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir"

"Azərbaycanda müəllimlərin peşəkar keyfiyyətləri və iş təcrübələrinə görə müəyyən amillər tətbiq edilməlidir".

 

Movqe.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının ümumi yığıncağında çıxışında deyib. Nazir bildirib ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar. M.Cabbarov qeyd edib ki, Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: "Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır".

 

azir qeyd edib ki, ölkədə şəxsiyyətyönümlü təhsil yalnız dərsliyin və onun içində yazılanın dəyişdirilməsi ilə kifayətlənmir. Onun sözlərinə görə, bu təhsil verənlə, təhsil alan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini tələb edir: "İllərlə, on illərlə vərdiş olunmuş işə yanaşmaların yenidən baxılması və yeni məzmunun məqsədindən necə istifadə etmək əsasdır. Təhsil sistemində mövcud olan müəllim ordusu, ali məktəblərdə, orta ixtisas təhsildə yeni məzmunun, məqsədlərin nədən ibarət olduğunu çatdıra bilirikmi və bu gündəlik fəaliyyətdə nə kimi məsələlər tələb edirikmi? Bu kimi suallara cavab tapılmalıdır".