“Azərbaycanda diplomatik korpusların əməkdaşları vergidən azad oluna bilər”

22 Noyabr 2013 13:35 (UTC+04:00)

Azərbaycanda diplomatik korpusların əməkdaşları vergidən azad oluna bilər.


"APA-Economics"in məlumatına görə, bu fikri millət vəkili Ziyad Səmədzadə "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.


Millət vəkilləri bu qanunun qəbulu ilə yanaşı, "Sosial sığorta haqqında" və "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanunlarda dəyişikliklər edilməsi layihələrini qəbul ediblər.


Z.Səmədzadə bildirib ki, layihənin qəbulu ölkədə kənd təsərrüfatının inkişafına dəstək olacaq. Millət vəkili Eldar İbrahimov isə deyib ki, bu qanun layihəsi qəbul edilsə, Azərbaycan kəndlisi 1,4 mlrd. manata qənaət etmiş olacaq.