Ərəbistanda yağışlar səngimir

22 Noyabr 2013 16:03 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanda başlayan şiddətli yağışlar  səngimək bilmir. 5 gündür davam edən güclü yağış səbəbiylə can itkiləri də artır. Ölənlərin sayı 7-ə yüksəlib. 5 nəfər isə hələ də itkindir. Paytaxt Riyadda məktəblər müddətsiz tətil edilmişdi.