Türkiyə , "qonşularla sıfır problem siyasəti " çərçivəsində Ermənistanla sərhədlərini açacaq

22 Noyabr 2013 16:11 (UTC+04:00)

Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan və Ermənistanın, Dağlıq Qarabağ probleminin həllində razı qalacağı, Ankara da Ermənistan ilə ikitərəfli əlaqələrdə normallaşma prosesinin sürətləndirilməsi üçün hərəkətə keçib. Diplomatik qaynaqlar, xarici işlər naziri Əhməd Davudoğlunun, "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə başlaması lazımdır" sözlərini xatırladaraq, Türkiyənin Azərbaycan-Ermənistan əlaqələrində atılacaq addımlara paralel olaraq, Ermənistan sərhədinin açıla biləcəyini deyib.  Azərbaycan Prezidenti İlham Əliyev , Vyanada Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşməzdən əvvəl Ankaranı ziyarət etmişdi. Əliyevin Davudoğlu ilə etdiyi görüşdə , əsas gündəm maddəsi Dağlıq Qarabağ problemi olub. Digər tərəfdən , Dağlıq Qarabağ problemi , Davudoğlunun Vaşinqton ziyarətində də gündəmə gəlib. ABŞ xarici işlər naziri Con Kerri də Əliyev və Sarkisyan ilə telefonda görüşüb. Əliyev və Sarkisyan , Vyanada ötən günlərdə reallaşdırdığı görüşmə əsnasında 2013-cü ilin sonunda bölgədə iş başlatması mövzusunda razılığa gəlib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan , 5-6 dekabrda Kiyevdə görüşərək , həll mövzusunda fikir mübadiləsi edəcək. Ankaranın , Ermənistan ilə əlaqələrin sərhədlərin açılması da daxil olmaqla normallaşma prosesinə hazır olduğu deylir.  Alınan məlumata görə , Türkiyə , "qonşularla sıfır problem siyasəti " çərçivəsində , Ermənistan ilə əlaqələrin düzəlməsi mövzusunda səy göstərməyə qərarlıdır. Ankara , bu prosesin irəliləməsi əsnasında , Azərbaycan ilə koordinasiya siyasəti izləməyə davam edəcək.

Davudoğlu , Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə getdiyi Rusiyada da , Qarabağ problemini gündəmə gətirəcək.