Leonardo Di Kapriodan 3 milyon dollarlıq hədiyyə

22 Noyabr 2013 16:04 (UTC+04:00)

Amerikalı kino oyunçusu Leonardo Di Kaprio  soyu tükənmə təhlükəsiylə qarşı-qarşıya olan Bengal aslanlarının qorunması üçün "Dünya Təbiəti Qoruma Vəqfi"nə 3 milyon dollar hədiyyədə edib. Mövqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Di Kaprio bildirib:  "Ümid edirəm Nepaldakı pələnglərin artırılması üçün aparılan səylərə bir kömək olacaq" .


Məlumat üçün bildirək ki, ətraf mühitə sevgisi və heyvan hüquqlarına həssaslığı ilə tanınan 39 yaşlı aktyor "Dünya Təbiəti Qoruma Vəqfi"nin idarə heyəti üzvləri arasında da iştirak edir. Və onun hədiyyə etdiyi 3 milyon dollar qaçaq ovçuluğun qarşısının alınması və pələnglərin həyatının qorunması üçün istifadə ediləcək.