General öz iş otağında dünyasını dəyişib

22 Noyabr 2013 16:42 (UTC+04:00)

Dövlət Sərhəd Xidmətinin rəis müavini infarktdan ölüb

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev infarktdan dünyasını dəyişib. Hərbi ekspert Üzeyir Cəfərovun Ans press-ə verdiyi məlumata görə, hadisə generalın öz iş otağında baş verib. 


"Halı qəfildən pisləşib, ancaq təcili yardım xidmətinin gəlişinədək o, dünyasını dəyişib", - deyə Üzeyir Cəforov bildirib. 


Allah rəhmət eləsin!