Azərbaycanda azarkeşlər klubun avtobusunun qarşısını kəsdilər

22 Noyabr 2013 21:31 (UTC+04:00)

"Xəzər Lənkəran"ın Topaz Premyer Liqasının XIV turunun səfər matçında "Bakı"ya uduzması cənublu azarkeşlərin səbir kasasını daşırıb. Apasport.az xəbər verir ki, "ağ-yaşıllar"ın 0:3 hesabı ilə yenildikləri görüşün gedişində baş məşqçi Con Toşakı istefaya səsləyən fanatlar oyundan sonra daha sərt tədbirlərə əl atıblar.


Hazırda matçın keçirildiyi "Bakı" klubun təlim-məşq bazasında olan əməkdaşımızın sözlərinə görə, cənublu azarkeşlər "Xəzər Lənkəran"ın futbolçularını və məşqçi heyətini aparan avtobusun qarşısını kəsiblər. Onlar komandanın ərazini tərk etməsinə icazə vermirlər.