Xalq artisti Həsən Məmmədov anıldı

22 Noyabr 2013 20:02 (UTC+04:00)

Fəxri Xiyabanda aktyorun məzarını ziyarət edilib

Bu gün görkəmli aktyor, xalq artisti Həsən Məmmədovun 75 yaşı tamam olur. Movqe.az-ın məlumatına görə, bu münasibət ilə, ötən gün C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələri ikinci Fəxri Xiyabanda aktyorun məzarını ziyarət ediblər və gül çələngləri qoyublar.


Xalq artistinin məzarının üstünə gedənlər arasında Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları da olub.