Bütün mülkiyyətini pişiyinə qoydu
23 Noyabr 2013 13:08 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Amerikalı heyvansevər 79 yaşındakı Leon
Şeppard evini və bütün pulunu, lüks yaşamağa adət edən 2 pişiyinə
buraxıb. Şeppard, 5 uşağı, 12 nəvəsi, 6 nəvəsinin uşağı olmasına
baxmayaraq, 250 min dollarlıq mirasını və təxminən 400 kvadrat
metrlik evini pişiklərinə qoyub. Vəsiyyətə görə, ən böyük pişiyi
Frisco öldüyündə pul uşaqlarına və nəvələrinə qalacaq.