Aygün Kazımova Tarkanın konsertindən yazdı: "Bu, faciədir"

24 Noyabr 2013 13:45 (UTC+04:00)
Türkiyənin meqastarı Tarkana Yeni il gecəsində Bakıda konsert verməsi üçün 1 milyon lirə təklif edilməsi haqda xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, xalq artisti Aygün Kazımova İnstaqram sosial şəbəkəsində bu xəbərə münasibət bildirib.

Müğənni azərbaycanlı milyonçuların yerli sənətçilərə yox, xaricilərə dəstək olmasından gileylənib:

"Azərbaycanlı milyonçular və bəzi məmurlarımız Türkiyənin ən böyük ulduzlarına maddi yardım edirlər, onları dəstəkləyirlər. Amma biz bir layihə həyata keçirəndə evimizi satırıq. Bu, faciədir".