ABŞ-da baş verən fırtınada 13 nəfər həyatını itirib

25 Noyabr 2013 10:58 (UTC+04:00)

Küləyin sürəti saatda 86 km-ə çatır

ABŞ-ın qərbini cənginə alan fırtına 13 nəfərin həyatına son qoyub. Məlumata görə, güclü fırtına cümə günündən Kaliforniyada başlayıb. Küləyin sürəti saatda 86 km-ə çatır. Kaliforniyada 3 nəfərin üzərinə ağac və elektrik dirəyi aşıb. 

Ştatın bəzi rayonlarında evləri su basıb. 


Nyu-Meksika və Texasda qeyri-sabit hava insan ölümü ilə nəticələnən iri qəzaların törədilməsinə yol açıb. 


Sinoptiklərin məlumatına görə, fırtına Texas ərazisinə keçib və indi ölkənin atlantik okeanı sahillərinə irəliləyir.