Ermənilərin "Eurovision" şousu
25 May 2012 18:21 (UTC+04:00)
Azərbaycanda o qədər də birmənalı qarşılanmayan
yazıya ilk münasibət politoloq Oktay Sadiqzadə bildirdi. Politoloq
hesab edir ki, ermənilərin belə sərsəm bəyanatlar səsləndirməsi heç
də təccüblü deyil: "Hamı bilir ki, "Eurovision" müsabiqəsində
səsvermə elə qurulub ki, ona kiminsə müdaxilə etməsi
qeyri-mümkündür. Müsabiqənin nəticələrinə heç kim, heç bir qurum
təsir edə bilməz. Ermənilərin səsləndirdikləri belə fikirləır
yalnız iki dövlət arasındakı münasibətlərə kölgə salmaq xarakteri
daşıyır."
Onun sözlərinə görə çalışmaq lazımdır ki, belə
təxribatlara uymayaq: "Hesab edirəm ki, monastrla bağlı problemlər
prezidentlərin Çikaqo gprüşündə tamamilə həll edilib. Cənab
prezident, İlham Əliyev də açıq bildirmişdi ki, bütün ziyarətçilər
heç bir problem olmadan monastrı ziyarət edə bilər."