İran Azərbaycana nota verdi

25 Noyabr 2013 11:54 (UTC+04:00)

Bu İran səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadənin ölkədən çıxarılması ilə bağlıdır

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb İran səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadənin ölkədən çıxarılmasıdır.


Ə. Əhmədzadənin Azərbaycandan çıxarılması onun viza ilə bağlı problemlərinin olması ilə əlaqələndirilib.


Mətbuat xidmətindən əlavə ediblər ki, bu məsələ ilə bağlı daha dəqiq məlumat daha sonra açıqlanacaq.