Aşıq-jurnalist qalmaqalı davam edir:"Aynur, axşam sənin dərsini verəcəyəm"

25 Noyabr 2013 13:15 (UTC+04:00)
"Azad qadın" saytının rəhbəri Aynur Qurbanqızı və Aşıq Namiq Fərhadoğlu arasında olan qalmaqal daha da alovlanır. Mövqe.az-ın məlumatına görə, Aynur Qurbanqızının danışdıqları, "Qadınlara qarşı böhtana, şantaşa yox" kompaniyası aşıq Namiqi yaman əsəbləşdirib. Aşıq, öz facebook səhifəsində belə bir status yazıb: 

"Axşam sənin dərsini verəcəyəm Ans-də, Aynur Qubanqızı! Sən insan dilində başa düşmədin. Sən də deyəsən Namiqin hesabına reklam olunmaq istəyirsən".


Aynur Qurbanqızı isə bir neçə gün öncə sosial şəbəkədə bu məsələni bağladığını söyləsə də, görünür qarşı tərəf iddia olunanlarla bağlı narazılığı var: 


"Əziz dostlarım, iftiralardan dolayısı əvvəl şok keçirdim, aqressiv formada hislərimi və olanları sizlə bölüşdüm. Amma, daha istəyirəm səbrimi basıb, onu boşuna reklam etməyəm. Zatən, məqsədi də budur. Bu adamın psixoloji pozuntusu yazdığı status və şərhlərdən də göz qabağındadır. Normal insan bu qədər ağ yalanları necə danışa bilər? Yəni, danışdıqları gerçək olsa vecimə də olmazdı. Çünki, normalda subay qadınam, o da subay oğlan. Yani, kimsə mənə eşq də elan edə bilər, evlilik də. Xoşuma gələn olsa lap insana ailə qurmaq üçün tanıma şansı da verərəm. Amma təbii ki, pulu ilə öyünən, qadınları aşağılayan adamlarla yox. Məni də şoka salan sevgi təklifinə rədd cavabı verib telefonu üzünə bağladığım adamın belə yalanlar yaymasıdır. Nə isə. Bu da bir təcrübə olsun iftiraya düçar olan qadınların nə hisslər keçirməsini bütün varlığımla, qəlbimlə anlamaq üçün... Allah biz qadınları belələrindən qorusun! Və bu mövzunu burada bağlamaq istəyirəm"


Mövqe.az-ın məlumatına görə, bu məsələ ilə bağlı bu gün 17:00-da "Adam içi" verlişində müzakirə olacaq.