Moskvada 700-ə yaxın miqrant saxlanılıb

25 Noyabr 2013 14:55 (UTC+04:00)

Rusiya paytaxtının Lyublino rayonundakı "Moskva" ticarət mərkəzində polisin keçirdiyi reyd zamanı 700-ə yaxın miqrant saxlanılıb.


"RİA Novosti"nin yaydığı məlumata görə, saxlanılan şəxslərin miqrasiya qanunvericiliyini pozub-pozmadıqları və baş vermiş cinayətlərdə iştirak edib-etmədikləri araşdırılacaq. Ticarət mərkəzindəki əməliyyatla yanaşı, ətrafdakı binaların mənzillərində də yoxlama aparılıb.

 

Xatırladaq ki, polis eyni yerdə ötən həftə də reyd keçirmişdi.