Altı aylıq hamilə olan Demət Akalın 11 minlik pəhriz proqramı...

25 Noyabr 2013 14:56 (UTC+04:00)

6 aylıq hamilə olan Türkiyəli məşhur müğənni Demet Akal, doğumdan sonrakı bədən formasını qorumaq üçün öncədən addım atıb. Dünya tərəfindən məşhur adların tətbiq etdiyi hamiləlik pəhrizinə başlayan Akalın ginekoloqu Fevzi Şən və Şeyda Coşkundur. 


Mövqe.az-ın Türk mətbuatına istinadən verdiyi məlumata görə, bu pəhriz proqramına əsasən, müğənninin yeməkləri qida dəyərlərinə görə hesablanıb , hazırlanacaq. Özünün və körpəsinin alacağı bütün qidalar lazım olduğu qədər istehlak ediləcək. Hətta yeməklər arasında "otlu omlet" də olacaq. Demət Akal bu proqram üçün 22 min 500 lirə (11 min 250 manat) ödəyəcək.


Qeyd edək ki, iki uşaq anası braziliyalı topmodel Gisele Bundchen də bu dietadan istifadə edərək, çox rahat və sağlam doğuş həyata keçirmişdi. Hətta topmodel doğuşdan sonra formasını da qorumağı bacarmışdı.