Azərbaycanda 13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verilib

25 Noyabr 2013 16:09 (UTC+04:00)

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, 1961-ci il təvəllüdlü Xalidə Salah qızı Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İstintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, X. Məmmədova əvvəllər də məhkumluq həyatı yaşayıb.

O, 2000-ci ildə əfv edilib.