Alovlara 6 dəqiqə tab gətirdi

25 Noyabr 2013 16:48 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Avstriyalı dublyor Joe Tödtling, 5 dəqiqə 41 saniyə boyunca bədənini saran alovlara söykənərək dünya rekordu qırıb.

Avstriyanın Salzburg şəhərində reallaşdırılan sınaqda, 33 yaşındakı dublyor alovlar bütün bədənini sara-sara küçədə gəzib. Alovlara dayanıqlı xüsusi istehsal olunmuş bir paltar geyən dublyoru alovlandıran isə həyat yoldaşı Julia oluv. Hələ Guinness rekordlar kitabı tərəfindən rekordu qeydə alınmasa da, Tödtlingin oksigen dəstəyi olmadan ən uzun müddət alovlara dözmə kateqoriyasında rekord qırdığı təxmin edilir. Rekordun əvvəlki sahibi, Amerikalı Jayson Dumenigo olmuşdu. Dumenigo, 5 dəqiqə 25 saniyə boyunca alovlara tab gətirmişdi.

Professional bir dublyor olan Tödtling, son dəfə Corc Clooneyin Monuments Men filmində çalışıb.