"Mançester Yunayted"də 700 oyun oynayan kapitan öldü

25 Noyabr 2013 19:45 (UTC+04:00)

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq müdafiəçisi Bill Foulks bu gün 81 yaşında dünyasını dəyişib. Movqe.az apasport.az saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın keçmiş kapitanı 1958-ci ildə Münhendə baş vermiş aviaqəzada sağ qalanlardan biri olub.


Bütün karyerasını "Mançester Yunayted"ə həsr edən Foulks bu klubun heyətində 700 oyun keçirib. O, 1968-ci ildə Çempionlar Kubokunu qazanıb.


Qeyd edək ki, 1958-ci ildə baş vermiş faciə zamanı təyyarədə olan 44 nəfərdən 23-ü həlak olmuşdu. Hazırda onlardan yalnız ikisi – Bobbi Çarlton və Harri Qreq - həyatdadır.