İllərdir ortağı Markus Piqqott ilə dünya ulduzlarını çəkən türk fotoqraf Mert Alaş, həftə sonu Jennifer Lopez və sevgilisi Kasper Smartın da olduğu bir partidə iştirak edib. Mövqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən partiyə qonaq olaraq qatılmaqla kifayətlənməyən fotoqraf Alaş gecə ərzində çəkdiyi fotoları İnstagram hesabına yükləyib. Beləliklə Alaşın birlikdə çalışdığı və yaxın dost olduğu Lopezin boynundan öpərkən çəkdiyi şəkil marağa və müzakirəyə səbəb olub. Həmin şəkli Mövqe.az sizə təqdim edir: