Etna vulkanı fəallaşdı

26 Noyabr 2013 13:00 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Avropanın ən aktiv vulkanlarından olan İtalyanın Siciliya adasındakı Etna yanardağı, yenidən fəaliyyətə keçib. Dağın ətəklərindəki qəsəbələrin üzərinə kül və kiçik daş parçaları yağıb. Bölgədəki bəzi yollar nəqliyyata bağlanıb. Dağın ətrafındakı hava sahəsi də qısa müddətə uçuşa bağlanılıb. Hadisədə ölən və ya yaralanan olmayıb, partlayışın diametrinin kiçik olduğu, ətrafdakı qəsəbə və kəndlərin boşaldılmasına ehtiyac duyulmadığı bildirilib. Yanardağ, bu il ərzində 16 dəfə fəaliyyətə keçib.