ATƏT-in Bakı ofisi 2014-cü il yanvarın 1-dən yeni statusda fəaliyyət göstərəcək

26 Noyabr 2013 13:01 (UTC+04:00)

ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir. Movqe.az-ın xəbərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, 2014-cü il yanvarın 1-dən etibarən ofis layihə koordinatoru statusu altında fəaliyyət göstərəcək.


Bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.

 

Səfir K. Tarqay deyib ki, bununla bağlı ATƏT-in Vyanadakı katibliyi ilə Azərbaycan arasında müzakirələr davam edir.