Rusiya Mi-35M tipli helikopterlərin önəmli qismini qrafikə uyğun olaraq Azərbaycana çatdırıb

26 Noyabr 2013 14:50 (UTC+04:00)

Bu barədə APA-ya ötən həftə Dubay şəhərində keçirilmiş "Dubai Airshow-2013" aviaşousunda iştirak edən "Rosoboroneksport" şirkətindən məlumat verilib.

 

Hazırda digər helikopterlərin istehsalı və testləri keçirilir. Yaxın vaxtlarda sifariş üzrə Mi-35M helikopterlərinin növbəti partiyası Azərbaycana yola salınacaq.

 

"Azərbaycan regionda bizim ən böyük müştərilərimizdən, eyni zamanda Rusiya aviasiya texnikalarının ən böyük istifadəçilərindəndir", - deyə şirkətdən bildirilib.

 

Rusiya paralel olaraq Azərbaycana Mi-17V1 tipli helikopterlərin də ixracatını davam etdirir.

 

Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Rusiyaya 24 ədəd Mi-35M tipli döyüş və 60 ədəd Mi-17 hərbi nəqliyyat helikopteri sifariş verib.