Ukraynada cinayətdə ittiham olunan Azərbaycan vətəndaşı tutulub

26 Noyabr 2013 14:22 (UTC+04:00)

Ukraynada qətl törətməkdə ittiham olunan 28 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.


Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxs Ukraynanın "Krım" sərhəd-keçid məntəqəsindən keçərək, bərə vasitəsi ilə Rusiya ərazisinə daxil olub. Adı açıqlanmayan Azərbaycan vətəndaşı Krasnodara getməyi planlaşdırırmış.

 

Lakin Ukrayna sərhədçiləri məlumat bazasını yoxlayandan sonra rusiyalı həmkarlarına qətl törətməkdə ittiham olunan şəxs barədə məlumat veriblər. Rusiya sərhədçiləri Azərbaycan vətəndaşını saxlayaraq geri – Ukraynaya qaytarıblar.

 

Qeyd edək ki, Azərbaycan vətəndaşı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (qəsdən adam öldürmə) ittiham olunur.