22 kilo arıqlayan Kristina Aguilera: "İndi daha, seksiyəm"-FOTOLAR

26 Noyabr 2013 14:42 (UTC+04:00)

Məşhur müğənni Kristina Aguilera köhnə vücuduna sahib ola bilib. Mövqe.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, məşhur ulduzun oğlu Max dünyaya gələndən sonra o, 22 kilo kökəlib. Müğənni bir il əvvəl qatıldığı "Amerikan Musiqi Mükafatları" tədbirində həmin görünüşü ilə hətta bəzilərinin qınağına da tuş gəlib. Ancaq doğuşdan bir il sonra möhkəm bir pəhriz və idmanla 22 kilo arıqladığını söyləyən gözəl ulduz, evdən kənar yerlərdə  yemək yeməyi buraxmanın pəhrizin ən əhəmiyyətli sirri olduğunu dilə gətirib. 32 yaşlı Aguilera, arıqladıqdan sonra özünü daha seksi hiss etdiyini də söyləyib. 

Mövqe.az sizə ulduzun bir il öncəki və sonrakı fotolarını təqdim edir: