Bakıda 10 gün əvvəl itkin düşən tələbənin meyitinin tapılması faktı ilə bağlı cinayət işi açılıb

26 Noyabr 2013 15:39 (UTC+04:00)

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün "Milli Parkda" naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, meyiti aşkar edilən şəxsin Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Bakı Şəhəri Xətai rayonu Sarayeva məhəlləsi 23/47, ev 17, mənzil 4-də qeydiyyatda olan 1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədov olduğu məlum olub.

Meyitə A. Məmmədovun anasının iştirakı ilə baxış keçirilib və fakt öz təsdiqin tapıb. Meyit Yasamal Rayon Məhkəmə Tibbi Ekspertizasında müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Meyitə ilkin baxış zamanı üzərində xəsarət və xəsarət izi qeydə alınmayıb.

Aparılan ilkin araşdırma zamanı A. Məmmədovun intihar etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.