Britaniyalı nazir İ.Əliyev və S.Sarkisyanın görüşünü şərh etdi

26 Noyabr 2013 19:53 (UTC+04:00)
Britaniyanın Avropa məslələri üzrə naziri Devid Lidinqton Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 19-da Vyanada baş tutan görüşünü müsbət addım adlandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyindən məlumat verilib. 

D. Lidinqton dövlət başçılarını Vyana görüşündə əsası qoyulan prosesi davam etdriməyə və münaqişənin sülh yolu ilə həll olunmasına nail olmaq üçün daha çox işlər görməyə çağırıb. 

Lidinqton bunun iki lider arasında müzakirə üçün müsbət addım hesab oluna biləcəyini deyib: "ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən görüş birinci dəfə 2012-ci ilin yanvarında baş tutub. Bu, Qarabağ münaqişəsinin iki lider arasında müntəzəm və dolğun müzakirə üçün müsbət addım hesab oluna bilər".