Eyni adlı mahnı ifa edən Röya və Xatun barışdı-Eksklüziv-VİDEO

26 Noyabr 2013 15:48 (UTC+04:00)

Son günlər "Elşad" mahnısı əməlli başlı şou biznesin müzakirə mövzusuna çevrildi. Beləki, Azərbaycanın iki tanınmış, sevilən xanım müğənniləri Röya Xatun təxminən eyni dönəmdə "Elşad" adlı mahnı lentə aldırdılar. Məsələ ondadır ki, Röya "Elşadım" oxudu, Xatun isə Elşad deyə mahnıda müraciət edir. Bəs görən hər iki xanım müğənninin müraciəti eyni insana ünvanlanıb, ya yox? Məsələyə aydınlıq gətirmək üçün Mövqe.az Xatunla əlaqə saxlayıb. Xatun bildirdi ki, Röya ilə onun ifa etdiyi " Elşad " mahnısı ayrı- ayrı insanlara ünvanlanmış bəstədir: " Ay bacı, qaşınmayan yerdən qan çıxarmayın. Əvvəla, mənim ifa etdiyim "Elşad" mahnısı Röyanım İfa etdiyi "Elşadım" mahnısından bir müddət əvvəl səslənib. Youtoobe kanalından da bunu yoxlamaq çətin deyil. Çünki mahnı xeyli vaxtdır oraya yerləşdirilib. Birdəki, bizdə ayrı- ayrı insanlar öz övladlarının, nəvələrinin, sevdikləri yaxınlarının adına mahnı sifariş verirlər, müğənnilərə müracit edirlər belə mahnılar yaranır. Bu artıq hardasa dəbə düşüb. Mənə "Elşad" adlı bir uşaq üçün mahnı sifariş olunmuşdu, oxudum. Çox güman ki, elə Röya xanıma da ifa etdiyi mahnı xahiş, ya da sifariş edilib. Ancaq bir qeyd edirəm ki, mənim ifa etdiyim "Elşad"  mahnısı tamamilə başqa birisinə, Röyanın ifa etdiyi "Elşadım" isə başqa bir şəxsə ünvanlanıb. Sadəcə bu bir təsadüfdür ki, mahnıların ortaya çıxması təxminən eyni dönəmlərə təsadüf edib"..

Yeri gəlmişkən əldə etdiyimiz bir məlumatı da diqqətinizə çatdıraq. Mövqe.az-a daxil olan məlumata görə, bu yaxınlarda Xatunla Röya arasında barışıq da yaşanıb. Beləki, toy mərasimlərindən birində üzləşən hər iki xanım sənətçi biri biri ilə görüşərək növbəti barışığa imza atıblar

Hər iki müğənninin ifa etdiyi Elşad adı ilə bağlı olan mahnını sizə təqdim edirik: