“Elektron Hökumət” 100 000 izləyici səddini aşdı
26 Noyabr 2013 10:29 (UTC+04:00)
"Elektron Hökumət" 100 000 izləyici səddini
Facebook səhifəsində keçən ilk dövlət müəssisəsi olub.
Məlumat HesablamaMərkəzinin
direktoru Nail Mərdanov Movqe.az-a açiqlamasinda bildirib ki,
Azərbaycan hökumətinin əsas məqsədlərindən biri kimi, vətandaşlara
göstərilən xidmətlərin rahat və operativ çatdırılması məsələsi ön
plana çəkilir:
"Bu məqsədlə göstərilən xidmətlərin rahat əldə
olunması üçün müxtəlif tədbirlər görülür, o cümlədən təqdim olunan
xidmətlər elektronlaşır və nəticə kimi hökumətlə vətəndaş arasında
münasibətlər yüksək templə elektron məkana keçir. Bu tədbirlər
sırasında məmur və vətandaş arasında operativ əlaqələrin
yaradılması vacib məsələlərdən biri hesab edilir. Bu səbəbdən də
bir çox dövlət xadimləri və təşkilatları müxtəlif sosial
şəbəkələrdə öz səhifələrini yaradırlar".
N.Mərdanov hesab edir ki, Facebook sosial şəbəkəsi
bunların arasında ətrafına daha çox istifadəçi toplaya bilib:
"Facebook öz-özlüyündə elə bir ideologiya həyata keçirir ki,
insanların bir-biri ilə dostlaşması və məlumat paylaşılması üçün ən
ideal bir məkana çevrilib. Bu gün
"Elektron Hökumət" Portalının facebook səhifəsi ("
www.facebook.com/egov.az) dövlət qurumları və müəssisələri arasında
100 000 izləyici səddini keçən ilk dövlət müəssisəsinin
səhifəsidir".
Qeyd edək ki, izləyicilər səhifə vasitəsilə
Elektron Hökumət quruculuğunda həyata keçirilən işlər barədə
məlumatlarla tanış ola bilər, həmçinin elektron xidmətlərlə bağlı
yaranan sualların operativ cavablandırılması üçün səhifənin
inzibatçılarına ünvanlaya bilərlər. "Elektron hökumət" Portalı- dövlət qurumları tərəfindən
əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Vətəndaşlara dövlət
tərəfindən göstərilən xidmətlər burada elektron mühitdə təqdim
edilir.