Həbsxananın hava borusundan telefon tapıldı

26 Noyabr 2013 18:30 (UTC+04:00)

Telefonu hava borusunda 20 yaşlı məhkum Məmmədhüseyn Qurbanovun gizlətdiyi aşkar edilib

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Ans press-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 286.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədhüseyn Mahmud oğlu Qurbanovun kamerasına baxış keçirilərkən kameranın hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


26.11.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1 maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elvin Zakir oğlu Tahirovun kamerasına baxış keçirilərkən kameranın sanitar qovşağının hava borusunda gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır