İrəvanda aksiya keçirilir

26 Noyabr 2013 20:35 (UTC+04:00)

Aksiya iştirakçıları "Gömrük şurasına yox", "Rusiya imperiyasına yox" yazılı plakatlarla və hökümət əleyhinə şüarlar səsləndiriblər

İrəvanda bir qrup şəxs Ermənistan Hökümətinin Gömrük İttifaqına qoşulmaq haqqında qərarına etiraz olaraq etiraz aksiyası keçirib. Ermənistan mətbuatında verilən məlumata görə, 40-50 insan və "Milli öz müqəddəratını təyin etmə" partiyasının sədri Paruyr Ayrikyan prezident administrasiyasının binasının qarşısında öz etirazlarını bildiriblər. Aksiya iştirakçıları "Vilnüs və ya istefa", "Gömrük şurasına yox", "Rusiya imperiyasına yox" yazılı plakatlarla və hökümət əleyhinə şüarlar səsləndiriblər.


Qeyd edək ki, Ermənistan və Rusiya prezidentlərinin danışıqlarının nəticəsinə görə 3 sentyabrda Ermənistanın Gömrük İttifaqına daxil olması və Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında razılığa gəliblər. Ermənistan tərəfi isə demək olar ki, tam həcmdə Gömrük İttifaqına qoşulmaq üçün lazım olan öhdəlikləri qəbul etməyə hazır olduğunu bildirib. 


Ermənistan 28 noyabrda Vilnüsdə Avropa İttifaqıyla assosiasiya haqqında razılaşma imzalayacaq.