ATƏT PA-nın qış sessiyasının tarixi bəlli olub

27 Noyabr 2013 09:40 (UTC+04:00)

ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasının tarixi açıqlanıb.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, ATƏT PA-nın qış sessiyası gələn il fevralın 13-14-də Vyanada keçiriləcək.

Parlament Assambleyasının Büro iclası isə gələn il aprelin 7-də Kopenhagendə baş tutacaq.