Bakıda antisanitariya qaydalarına görə bir sıra obyektlər cərimələndi

27 Noyabr 2013 10:44 (UTC+04:00)

Oktyabr ayında sanitar qaydaları pozduqlarına görə, 38 obyekt cərimələnib. Movqe.az xəbər verir ki, bu barədə Day.Az saytına Respublika Gigiyena və Epidemiologiya mərkəzinin Qida gigiyenası şöbəsinin rəisi İmran Abdullayev bildirib. 


Onun sözlərinə görə, ötən ay 5 obyektlə bağlı işlər prokurorluğa göndərilib. 13 obyektin isə fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Bu sahədə çalışan 20 nəfər müvəqqəti olaraq işdən kənarlaşdırılıb.