Almaniya koalisiyası: “Merkelin partisi SPY-lə müqavilə imzaladı”

27 Noyabr 2013 11:06 (UTC+04:00)

Movqe.Az "BBC"yə istinadən zəbər verir ki, Angela Merkel mühafizəkar partisi mərkəzi -sol Sosial Demokrat Partisi ilə koalisiyaya girməyə razılıq verib. SPD liderləri və Xanım Merkel, həmçinin onun mütəffiqləri  arasındakı uzun müzakirələr gec saatlara qədər davam edib. Xanım Merkel gələn ay üçüncü mərhələdə vəzifəyə gələ bilər. Liberal tərəfdaş FDP qələbə qazanan vaxt CDU/CSU Sentyabrdakı səsvermədə böyük əksəriyyətin səsini itirib. Sonuncu koalisiya müqaviləsi hazırda SPD üzvlərinin imzasını gözləyir. Xanım Merkel müqavilənin CSU lideri Horst Sihoferə və SPD üzvü Siqmar Qabrielə çərşənbə günü təqdim olunmasını gözləyir. Partiyalar minimum əmək haqqı, təqaüd yaşının azaldılması və cüt vətəndaşlıq qaydalarının dəyişdirilməsiylə bağlı razılıq əldə ediblər. Nəticədə, ölkədaxili minimum əmək haqqı 8.50 avro müəyyənləşib. Partiyalar həmçinin CDU/CSU-un əsas tələbi olan gəlir vergisinin ləğvilə bağlı da razılığa gəliblər. Xatırladaq ki, 22 sentyabrdakı seçkilərdə CDU 41.5 faiz, SPD 26 faiz, The Geens 8.4 faiz və keçmiş komunist Sol Partiyası isə 8.6 faiz səs toplamışdı.