Bakıda avtobus sərnişinlərini soyan şəxs tutuldu

27 Noyabr 2013 12:00 (UTC+04:00)

Xətai rayonunda avtobuslarda cibgirlik edən Qusar sakini tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar rayon sakini Vadik Kərimov 46 saylı xətt avtobusunda qadının çantasından oğurluğa cəhd edərkən Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Araşdırmalar zamanı onun bundan əvvəl 95 saylı xətt avtobusunda daha bir vətəndaşın cibindən mobil telefon oğurladığı məlum olub.