Suriya sülh danışıqları "FSA üsyançılarını dayandıra bilməz"

27 Noyabr 2013 13:38 (UTC+04:00)

Qərb dəstəkli üsyançı Azad Suriya Ordusunun lideri bildirib ki, onun tərəfindən təşkil edilmiş qüvvələr Yanvardakı Cenevrə sülh konfransında iştirak etməyəcək. FSA Ali hərbi şurasının rəhbəri Gen Salim İdris Əl-Cəzirəyə müasahibə verib və bildirib ki, onlar Prezident Bəşər əl-Əsədi devirmək istəklərini həyata keçirməyə davam edəcəklər. O, cənab Əsədin danışıqlarla vaxt qazanmaq istədiyini və müharibəyə davam edəcəyini söyləyib. İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ökəsinin problemin həllində əhəmiyyətli töhfə verə bildiyini qeyd edib.