Namiq Qaraçuxurlu indi də Beren Saatla sevgili olacaq-VİDEO

27 Noyabr 2013 13:32 (UTC+04:00)

Azərbaycanlı meyxanaçı Namiq Qaraçuxurlu Türkiyənin tanınmış aktrisaları ilə seriala çəkiləcək.

Mövqe.az-ın məlumatına görə, bu barədə meyxanaçı özü  "ATV" telekanalında yayımlanan "Onlar" verlişinə açıqlaması zamanı bildirib. Seriala çəkilən Namiq Türkiyənin tanınmış və iki gözəl aktrisa xanımı arasında seçim etməli olduğunu açıqlayıb. Cansu Dərə ilə boyunun uzlaşmadığını düşünən meyxanaçı tərəf müqabili olaraq Beren Saatı seçməyi düşünür:

"Serial aləmində ulduzum bundan sonra daha da parlayacaq. Bu aktrisaların biri ilə ekran qarşısına keçəcəm. Mənə elə gəlir Cansu Dərə mənim yanımda boyu balaca görsənər. Bizim yan-yana, üzü-üzə kadrlarımız olacaq, buna görə düşünürəm ki onunla alınmayacaq, bir az daha hündürünü tapmaq lazımdır. Daha hündür boy və peşəkar aktrisa ilə çəkilmək istəyirəm. Çünki peşakarın kaprizi olmur".