Bakıda zibilxanadan kişi meyiti tapıldı

27 Noyabr 2013 13:57 (UTC+04:00)

Hadisəni törədən şəxsin aqibəti barədə isə məlumat verilmir

Ötən gün Bakının Sabunçu rayonu ərazisində Balaxanı Məişət Tullantıları Zərərsizləşdirilməsi Poliqonunda meyit tapılıb. 


Ans press-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı meyitin Hacıağa Vəliyevə məxsus olması məlum olub. 


Polisin apardığı araşdırmalar zamanı, o da məlum olub ki, H.Vəliyev Bakı şəhər sakini Elxan Məmmədovun idarə etdiyi traktorla vurulub. Nəticədə həlak olan H.Vəliyevin meyiti zibilxanaya atılıb.


Hadisəni törədən şəxsin aqibəti barədə isə məlumat verilmir.