Mərkəzi Afrikada “tam xaos” azalıb - FOTOLAR

27 Noyabr 2013 17:35 (UTC+04:00)

Xəbərdarlıqlar daha çox dəhşətə çevrilib: "Mərkəzi Afrika Respublikasında əvvəllər gözlə görülən tam xaos getdikcə azalır" bu sözləri BMT-in baş katibinin müavini deyib. Bu haqda Movqe.Az "washingtonpost"a istinadən xəbər verir. Ölkənin keçmiş müstəmləkə rəhbəri olan Fransa çərşənbə axşamı etdiyi çıxışında vəziyyəti "soyqırım astanası" olaraq adlandırıb və 1000 əsgər göndərməyə söz verib. Afrikanın mərkəzi ölkələrində vəziyyət çox gərgindir. Yüz minlərlə insan evini tərk edib və saysız insan ötən aylardakı hücumlarda öldürülüb. Nairobili Poçt müxbiri Sundarsan Raqhavan böhranı izah etməyə və dünya güclərinin nəyə görə birdən narahat olduqlarının səbəblərini araşdırıb:

 Müharibə necə başladı?

 Mart ayında Seleka adlanan üsyançı dəstələr əsas əhalisi müsəlman olan ölkənin şimalına yürüş etdi və paytaxt Banquini zəbt etdi. 2003-cü ildə hakimiyyətə gələn Prezident François Bozize hakimiyyətdən salındı və üsyançı lider Mişel Djotoda özünü prezident elan etdi.

 Bəs sonra nə baş verdi?

 İnsan Hüquqlarına görə, Seleka qaydaları "istəyə bağlıdır və tam toxunulmazdır". Onun qüvvələri bölgələrdəki hücumlar, təcavüz və qarətçilikdə təqsirləndirilir. Son vaxtlar isə, əksəriyyəti xristianlar olan özünü müdafiə qrupları Selekalılara qarşı mübarizə aparır . Müsəlmanlar burada əhalinin 10 faizini təşkil edir.

 Nə üçün mübarizə aparırlar?

 Əsas qüvvələr ərazini və keçmiş şikayətlərə nəzarət edir. Ölkə kənd təsərüfatı və mineralı resurslara sahibdir. Başlıca ixracatı almaz, ağac, qəhvə və tütündür. Bura qızıl və uran da daxildir.

 Mülki əhaliyə nə baş verdi?

 İnsan hüquqları bildiri ki, Seleka çox sayda mülki əhalini öldürür, evlərindən zorla çıxarır. Bu hücumlarda 400.000 insan meşələrə, qonşu ölkələrə qaçıb. İnsan haqları aktivistləri Xristian qrupları bu işdən məsul tutur.

 Birləşmiş Millətlər rəsmiləri deyir ki, vəziyyət daha da pisləşsə, sülhməramlılar Konqo, Mali, Sudanın Darfur bölgəs daxil omaqla səhra Afrikasından geri çəkilməlidir. Bütün bu yerlər hamsı ziddiyyətlər, üsyanlardan təsirlənib və beynəlxalq cəmiyyət də özünü bu məsələnin içində tapıb.