Xəzər dənizində Rusiya gəmisində texniki nasazlıq baş verib

28 Noyabr 2013 09:22 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda Rusiyaya məxsus gəmidə texniki nasazlıq baş verib.


Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

 

Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.