Məleykə Abbaszadə Şəkidə vətəndaşları qəbul edəcək

28 Noyabr 2013 10:05 (UTC+04:00)

Dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri üçün Şəki şəhərində Şəki Olimpiya İdman Kompleksində keçiriləcək.  Qəbula gəlmək istəyən vətəndaşların komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etməlidirlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər